Əliyev və Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar
Yusif Nəzərli
15:40 07.04.2023
Aktual
627
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində də olublar.
"Report" xəbər verir ki, Qəbələ Qida Şəhərciyinin Baş direktoru Fuad Babayev Azərbaycan Prezidentinə və Gürcüstanın Baş nazirinə məlumat verdi.
Qeyd olundu ki, 16 hektar ərazidə yerləşən Qəbələ Qida Şəhərciyinin nəzdindəki konserv zavodu qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib. Zavod meyvə şirəsi, limonad, qazlı və qazsız içkilər, soyuq çay və konsentrat istehsalı sahələrindən ibarətdir. Buradakı 13 istehsal xəttində 6 növ qablaşdırmada 130 adda məhsul istehsal edilir. Müəssisə ildə 360 min ton hazır məhsul istehsalı gücünə malikdir.
Saatda 10 min litr dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə tərkibli içkilər və soyuq çay, şirə və nektar istehsalı xətti isə saatda 20 min litr meyvə şirəsi və konsentrat istehsal etmə imkanına malikdir. Digər xətdə isə saatda 35 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsal olunur.
Müəssisədə qablaşdırma mərhələsindən əvvəl müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqləndikdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Qəbələ konserv zavodunda istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.
Məlumat verildi ki, kartof emalı müəssisəsində iki istehsal xətti fəaliyyət göstərir. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin hazır məhsul buraxılışı gücü saatda 2 ton təşkil edir.
Çips istehsalı xəttinin gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Qəbələ rayonunda şirkətə məxsus olan 200 hektar ərazidə ildə 10 min tondan çox kartof yetişdirilir ki, bu da istehsal müəssisəsinin illik xammal tələbatını tam ödəyir. Kartof emalı müəssisəsinin istehsal etdiyi məhsullar ölkəmizdə təqdim olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir. Sahələrdən yığılan kartof 6 min kvadratmetrlik ilkin soyuducu anbara yerləşdirilir.
Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. İstehsala göndərilməzdən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq