Əminə Ərdoğanı təəccübləndirdilər
Yusif Nəzərli
22:30 02.06.2022
Aktual
600
O, pambıq parça qırıqlarından hazırlanmış portretini çox bəyənib
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın pambıq parça qırıqlarından portreti hazırlanıb. Cümhurbaşqanlığı Külliyəsində keçirilmiş “Dünya Ortaq Evimiz” kitabının təqdimat mərasiminə qatılan Əminə Ərdoğan portretin örtüyünü qaldırarkən çox təəccüblənib.
“Şərq” “Milliyet.com”a istinadən xəbər derir ki, Ə.Ərdoğan pambıq parça qırıqlarından hazırlanmış portreti çox bəyənib. Mərasimdə çıxış edən Ə.Ərdoğan təbiəti, heyvanları, bütün canlı aləmi sevməyi necə öyrəndiyindən danışıb: “Anam heyvanların və bitkilərin yaxınlığında qışqırmamağı tapşırardı, çiçəkləri yalnız suyla deyil, təbəssümlə, şəfqətlə bəsləməyimizi tövsiyə edərdi. Uşaq vaxtı bir dəftər vərəqindən tam istifadə etməmiş, yazıb bitirməmiş cırmışdım.
Bunu görən atamın ağaclar haqqında danışdığı əhvalatı heç unutmadım. Atam, “bir ağacın hekayəsi belə asanlıqla bitməməlidir” dedi.
Mən bu əhvalatı “Dünya Ortaq Evimiz” kitabında qeyd etmişəm. Buradan valideynlərə səslənirəm; torpağı, suyu, yaşıllığı elə sevin ki, övladlarınızın ən qiymətli yadigarı bu sevgi olsun. Heyvanların, bitkilərin, suyun, torpağın haqqına riayət etməklə dünyanın ümumi evimiz olduğuna özümüzü və bütün insanları inandıra bilərik”.
Qeyd edilir ki, Ə.Ərdoğan “Sıfır tullantı” layihəsinin icraçılarından biridir. 2017-ci ildən icra olunan layihə 2019-cu ildə “Ümid verən layihə” adını alaraq BMT tərəfindən nümunə göstərilib. Pambıq parça qırıqlarından Ə.Ərdoğanın portretini isə rəssam Dəniz Sağdıç hazırlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi