Ən böyük şübhə molla rejiminin üzərinə yönəlir
Yusif Nəzərli
08:10 11.11.2022
Aktual
435
İran ölkədə siyasi şiəlik hərəkatını terror amili ilə birləşdirməyi hədəfləyir
İranın Kəşfiyyat Nazirliyi Şirazdakı Şahçıraq ziyarətgahında törədilən terror aktına görə Azərbaycanı ittiham edən bəyanat yayımlayıb. Bəyanata əsasən, terror aktını İŞİD-lə əlaqəli olan, Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları "törədiblər" və proseslər Azərbaycandan "yönləndirilib". Lakin rejim Azərbaycanla bağlı ittihamlarını sübut edən heç bir dəlil ortaya qoymayıb.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, İran ölkə daxilindəki “sunami”nin qarşısını almaqda çətinlik çəkdiyindən diqqətləri gərginlik yaşadığı Azərbaycanın üzərinə yönəltmək və terrorçuluğa dair iddialarını “sübuta yetirmək” istəyir. Analitikə görə, İran həm də ölkədə siyasi şiəlik hərəkatını terror amili ilə birləşdirməyi hədəfləyir:
"Bu mənada Şirazdakı terrorda ən böyük şübhə elə molla rejiminin üzərinə yönəlir. İranın terror aktı ilə bağlı məsələni Azərbaycanla əlaqələndirməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tehranın Bakıya qarşı kəşfiyyat-pozuculuq fəaliyyətini ifşa edən məlumatları yayımlamasından sonra baş tutdu. Bu, təsadüfi bir qarşılaşdırma deyil və İran Azərbaycana öz aləmində əks-hücum həyata keçirdiyinin işarəsini verir. Tehran ölkədə iğtişaşlar başlayandan bəri bunun mənbəyini həmişəki kimi xarici qüvvələrə proyeksiya edir və Azərbaycanı da özünün bu ittihamının içərisində saxlayırdı. Terror hadisəsində Azərbaycan izi axtarmaqla molla rejimi özünün boş və dişsiz fərziyyələrinə dünya ictimaiyyətini və daxili auditoriyanı inandırmaq məqsədləri güdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol