Ərdoğan danışdı, Kreml dərhal reaksiya verdi

Üçüncü ölkələrin Liviyadakı situasiyaya müdaxiləsi problemin həllinə yardım etməyəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiyanın yalnız Türkiyənin problemin həllinə yardım cəhdlərinə kömək edəcəyini bildirib:

“Liviyadakı situasiyaya gəlincə, sözsüz ki, o, ümumi narahatlıq yaradır. Biz Rusiyanın mövqeyini dəfələrlə təkrarlamışıq. Rusiya Liviya probleminin sülh yoluyla həllində maraqlıdır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın qanuni hakimiyyətinin dəvət edəcəyi halda türk hərbçilərin bu ölkəyə göndərilə biləcəyini qeyd etmişdi.