Ərdoğan səhiyyə nazirinə səsləndi: "Niyə rəqəmlər artır?"
09:30 09.06.2020
Aktual
766
Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğan karantin qaydalarının yumşaldılmasından sonra ortaya çıxan görüntülərə reaksiya verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan partiyasının dünənki yığıncağında, normallaşma müddətində parklardakı ictimai məsafənin qorunmadığına dair vəziyyətlə əlaqədar danışıb.
Prezident "Niyə məsafələr nizamlanmır? Məsafəyə diqqət yetirin. Bu ancaq cəmiyyətin həssas olmasıyla önlənə bilər. Siz də həssas olun" deyə xəbərdarlıq edib.
Ərdoğan, səhiyyə naziri Fəxrəddin Kocaya gündəlik koronavirüs tablosunda rəqəmlərdəki dalğalanmaları da soruşaraq "Niyə bu rəqəmlər artır" deyib.
Nazir isə bu rəqəmlərin daha əvvəlki günlər reanimasiyada olan və ağır xəstələrdən qaynaqlı olduğunu, hazırda vəziyyətin stabil olduğunu söyləyib.
Fəxrəddin Koca ölümlərin yüzdə 98 faizinin 65 yaş üstü olduğunu da ifadə edib.
Yığıncaqda turizmlə əlaqədar da məlumat verən nazir, Rusiya və Almaniya kimi ölkələrlə əlaqədə olunduğunu ifadə edərək, "Rusların yaz aylarında gəlməsini gözləyirik. Türkiyə hadisə mövzusunda dünya ortalamasında 85-ci sıradadır. Bu səbəbdən turizm sahəsində işlər çox yaxşı gedəcək" deyib.
Mütəxəssislər isə önümüzdəki həftə ortasında gündəlik hadisə rəqəmlərinin 1100 ətrafına çıxa biləcəyini dilə gətirirlər. Ancaq buna baxmayaraq normallaşma vəziyyətindən geri addım atmadan, hamının qaydalara uyğun hərəkət etməsinin vacibliyi vurğulanır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm