
Erməni təxribatı səngimir! – REAL ŞƏRH: “Antiterror əməliyyatı Azərbaycanın gündəliyindədir”
Yusif Nəzərli
11:28 06.07.2022
Aktual
860
Bir müddətdir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində vəziyyəti gərginləşdirir. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 4-ü gecə saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam , iyulun 5-i isə Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görüb. Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov “Sherg.az"a bildirib ki, Azərbaycanla Ermənistan arasında yeni döyüşün, qarşıdurmanın yaranması qaçılmazdır:
"Qarabağdakı ermənilər mütəmadi formada Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Onların məqsədi ölkəmizi yenidən münaqişəyə cəlb etmək və müxalifəti ayağa qaldırmaqdan ibarətdir.
Uzun müddət idi ki, İrəvanda müxalifətin mitinqi baş tuturdu. Müxalif qüvvələr Ermənistanın baş naziri Nikol Paşinyanın apardığı siyasətə qarşı çıxırdı. Lakin istəklərinə çatmadılar. Azərbaycan mövqelərinin atəşə tutulmasının səbəbinin Ermənistanda baş verən proseslərdən qaynaqlanması mümkündür. Xankəndidəki silahlı bölmələr müxalifətlə əlaqəlidir, onların dedikləri ilə oturub-dururlar. İrəvanda hadisələri canlandırmaq üçün sərhəddə münaqişə yaratmaq istəyirlər".
Politoloqun qənaətincə, rəsmi İrəvan vədinə sadiq qalmır:
" Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi gedir. Amma Ermənistanın günahı ucbatından konkret nəticə əldə olunmur. Sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə salınması haqda sözləri yerinə yetirmir.
Aprelin 16-da Brüssel görüşündə də nəticə əldə olunmamışdı. Avropa İttifaqı Şurası ( Aİ ), eləcə də digər beynəlxalq təşkilatlar Ermənistana təyziq göstərir. Bəlkə də, danışıqlar prosesinin ləngiməsi üçün sərhəddəki insidentləri N. Paşinyan əlaltıları gerçəkləşdirir. Danışıqlar yekunlaşdığı təqdirdə müxalifət tərəfi bunu Ermənistanın Azərbaycana güzəşti kimi qiymətləndiriləcək. Müzakirələri dalana dirəməkdən ötrü belə insidentlər yaşanır.
Vəziyyəti gərginləşdirən bizim torpaqlarımızda qalan erməni tör-töküntüləridir.
"Qarabağ klanı" buna nəzarət edir. Antiterror əməliyyatı Azərbaycanın gündəliyindədir. Ölkəmiz çoxşaxəli siyasət aparır. Güman ki, iyulun 4-də Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəngində məsələ ətrafında müzakirə olub. Azərbaycan tərəfi münaqişənin baş vermə ehtimalını anlayır və hər duruma hazırdır. Sadəcə indi siyasi dairələrdə hadisənin baş verməsinin əsaslandırılmasıyla məşğuldur. Hər an antiterror əməliyyatı keçirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət