Ermənilərin törətdiyi terror aktı nəticəsində Şuşada həlak olan mülki şəxslə vida mərasimi keçirilir

Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovla vida mərasimi keçirilir.

“Report”un xəbərinə görə, vida mərasimi Yasamal rayonunda, mərhumun evində keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, Şuşa Şəhər İcra Hakimiyyətinin, həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vidadi Fərhadov bu gün Bakının Pirşağı qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.