Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb

Yaponiyanın Çubu Sentrey hava limanında Ukraynanın “Antonov Hava Yolları” şirkətinə məxsus An-124-100 yük təyyarəsində yanğın baş verib.

Sherg.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, hadisə təyyarənin enişi zamanı qeydə alınıb. Yanğın səbəbindən hava limanının uçuş-enmə zolağı 15 dəqiqəlik bağlanıb, daha sonra fəaliyyətini bərpa edib.

Yaponiyanın müvafiq nazirliyi hadisənin təfərrüatlarını araşdırır.

Qeyd edək ki, An-124-100 ağır texnikanın daşınması üçün istifadə olunan iri yük təyyarəsidir.