Ermənistan anlamalıdır ki, Azərbaycana təzyiq göstərə bilməz! - Deputat
Yusif Nəzərli
13:56 14.09.2023
Aktual
458
"Ermənistanın havadarları, erməni lobbisi, Xankəndi və ətraf bölgədəki xunta rejimi xeyli müddətdir Azərbaycana qarşı kampaniya aparırlar. İddia edirlər k, guya oradakı ermənilər "humanitar fəlakət" yaşayır. Əlbəttə ki, bu cür xəbərlər uydurma olmaqla yanaşı, birmənalı şəkildə ölkəmizə qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsi idi".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirməklə bir daha göstərdi ki, hansısa üçüncü qüvvələrin ölkəmizə yönəlik təzyiqləri nəticə verməyəcək:
"Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlarını davam etdirəcək. Dövlətimiz humanitar yardımların Ağdam-Xankəndi yolu ilə orada yaşayan ermənilərə çatdırılmasını təklif etmişdi. Buna icazə verəcəyini vurğulamışdı. Bu da onu göstərir ki, Azərbaycan ərazisində ancaq bizim qanunlarımız keçərlidir. Qarabağdakı xunta rejimi ötən müddət ərzində prosesə mane olmağa çalışdı. Bu maneçilik də göstərdi ki, bölgədə hansısa humanitar böhrandan söhbət getmir. Sadəcə olaraq siyasi manipulyasiya idi. Azərbaycan Qırmızı Aypara Cəmiyyətinə məxsus yardım maşınlarının günlərdir Ağdamda qalması, Rusiyadan gələn yardımın bir neçə gün gözlədilməsi də bunun təzahürüdür. Əlbəttə, Rusiyanın Qırmızı Xaç Cəmiyyətinin yardım TIR-nın Ağdam-Xankəndi yolu ilə ermənilərə çatdırılması ilk növbədə Azərbaycanın qələbəsi, uğurudur. Xunta rejiminə, Ermənistana və onları himayə edənlərə, erməni lobbisinə ciddi mesajdır. Hər kəs gördü ki, Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə çəkindirə bilməz. Dövlətimiz öz haqlı işində bir addım belə geri çəkilməyəcək".
Parlament üzvü bəyan edib ki, rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Ağdam-Xankəndi yolu ilə bərabər Laçın yolu vasitəsi ilə də humanitar yüklər daşına bilər:
"Ancaq həmin yüklər yoxlama prosedurlarından keçməklə, qanunlarımız çərçivəsində ermənilərə göndərilə bilər. Ağdam-Xankəndi yolunun işlək vəziyyətə gətirilməsi bir çox beynəlxalq təşkilatlar, Avropa Birliyi və Qərb ölkələri tərəfindən müsbət dəyərləndirildi. Bu yoldan istifadə etməklə humanitar yüklərin daşınması mümkündür. Vacib məqam ondan ibarətdir ki, Ağdam-Xankəndi yolunun açıq olması təmasların başlaması, kommunikasiyaların açılması deməkdir. Bu, reinteqrasiya prosesinə də müsbət təsirini göstərəcək. İstənilən halda xunta rejimi də, Ermənistan da, erməni lobbisi də başa düşməlidir ki, təxribatlarla, təzyiqlərlə Azərbaycan təsir göstərə bilməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq