"Ermənistan - diaspor münasibətlərində dərin uçurum yaranıb"
Şəymən Bayramova
10:14 03.08.2020
Aktual
767
Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalan erməni lobbisi özünün mürtəce, vəhşi simasını ifşa etməyə başlayıb. Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatı iflasa uğrayan Ermənistanın informasiya platformasındakı manipulyasiyaları da istədikləri sonluqla nəticələnmədi.
Atdığı hər addımda fiaskoya uğrayan düşmən ölkənin son ümidi yeri kimi baxdığı erməni lobbisi də Azərbaycan diaspor fəallarının mütəşəkkil birliyi qarşısında aciz duruma düşdü.
Millət vəkili Könül Nurullayevanın da “Sherg.az”-a dediyi kimi dövlət sərhədində törədilən hərbi təxribat kimi xaricdə yaşayan sivil azərbaycanlılara qarşı zorakılıqları da bumeranq effekti ilə erməni lobbisini çətin sınaq qarşısında qoyub.
K. Nurullayevanın sözlərinə görə, Nikol Paşinyanın bu günlərdə Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması da bu uğursuzluğu təsdiqləyən faktorlardan biridir:
“İyulun ortalarında Ermənistanın Azərbaycanın dövlət sərhəddində törətdiyi növbəti təxribat səbəbindən Azərbaycan diaspor təşkilatlarının göstərdiyi xüsusi fəallıq göstərməsi və erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması Paşinyanı hədsiz hiddətləndirib.
Əslində, erməni baş nazirin diaspora qarşı bu qəzəbi və “təmizləmələri” həm də düçar olduğu uğursuzluğun, həm də hökumət rəhbəri olaraq özündə, eyni zamanda, cəmiyyətdə yaratdığı psixoloji gərginliyi azaltmağa hesablanıb”.
İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata istinad edən millət vəkilinin sözlərinə görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır:
Görünür, Paşinyanın hakimiyyəti dövründə daxili-xarici siyasətdə ciddi boşluqlar olduğu kimi, Ermənistan-diaspor münasibətlərində də dərin uçurum yaranıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya