Ermənistana son şans verilməlidir
Yusif Nəzərli
09:25 03.06.2022
Aktual
587
İrəvan şərtlərlə razılaşmasa, Azərbaycan Ordusu Zəngəzurda hərbi əməliyyatlara başlaya bilər
“Azərbaycan üçün yeni imkanlar yaranıb”. Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, Qarabağ məsələsini qabardarsa, Azərbaycan Ordusu Zəngəzurda hərbi əməliyyatlara başlaya bilər: “1920-ci il xəritəsinə uyğun olaraq bu əraziləri hüquqi cəhətdən özümüzə birləşdirməyə haqqımız çatır. Yeni dünya nizamının bir çox ölkələrin sərhədlərinin dəyişməsi ilə nəticələnəcəyi qaçılmazdır.
Azərbaycan da bu fürsətdən yararlanmalıdır. Rusiyanın Ukraynaya hücumu dünyada yeni siyasi-hərbi böhranı dərinləşdirdi. Diplomatiya öz yerini silahlara verdi. Biz bunun ən aktiv fəaliyyətini İkinci Qarabağ müharibəsinin başlanması ilə gördük. Rusiyanın Ukraynaya qarşı işğalı kuliminasiya nöqtəsi oldu. Artıq İkinci Dünya müharibəsindən sonra soyuq müharibə nizamı işləmir.
Bunun səbəbi beynəlxalq qanunların böyük dövlətlər tərəfindən öz məqsədləri üçün istifadə edilməsidir. Dünyanın siyasi xəritəsi dəyişə bilər.
Əslində sərhədlərin dəyişməsi 2014-cü ildə Rusiyanın Krımı anneksiya etməsinə Qərbin seyrçi qalması ilə başladı. İndi də Rusiya Ukraynanın cənub-şərqini işğal edərək, orada referendum keçirib Rusiyaya birləşdirməyi planlayır. Təəssüf ki, Qərbdə bir neçə mərkəzlər Rusiyanın ilhaq siyasətini dəstəkləyir”.
Ekspertə görə, yeni ittifaqların yaranması ilə ənənəvi təşkilatlar öz missiyasını itirəcək:
“Böyük Britaniya prosesdə mühüm rol oynayır. London Türkiyə ilə birgə yeni siyasi nizamda koordinasiyalı fəaliyyət başladacaq.
Türkiyənin beynəlxalq güc olması Suriyada keçirdiyi əməliyyatlardan asılıdır. Türkiyə zamanla “tampon bölgə” qurduğu əraziləri öz sərhədləri daxilinə sala bilər. Ankaranın buna hüquqi və mənəvi haqqı çatır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi