Ermənistanda ara qarışır: “Müstəntiqlər yalana məcbur edilirlər”
Banuçiçək Kalbalıyeva
13:30 08.07.2021
Aktual
580
Ermənistanda XİN-lə hakimiyyət arasında qalmaqallı vəziyyətin hökm sürdüyü bir vaxtda ölkədə daha bir qurumda xaosun tüğyan etdiyi ortaya çıxıb. Bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşr Ermənistanın Hərbi İstintaq İdarəsində “istefa paradı”nın başladığını qeyd edib. Belə ki, erməni müstəntiqlər sözügedən sahədə minlərlə cinayət işlərinin olmasından və işlərə baxmağa çatdıra bilmədiklərindən şikayət edirlər. Ölkədə hərb sahəsində istintaqların aparılması tapşırılan müstəntiqlər kütləvi şəkildə istefa verərək prokurorluq orqanlarına keçirlər.
“Onlar hərbi sahədəki işləri araşdırmağa çatdırmadıqları üçün “daha sakit və rahat” işə - prokurorluq orqanlarında çalışmağa meyl edirlər”, - deyə nəşr qeyd edib.
Tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov düşmən ölkədəki mövcud vəziyyəti “Sherg.az”a şərh etdi:
“Görünür, həmin müstəntiqlər yalan danışmağa, vəzifə səlahiyyətlərini aşmağa məcbur edilirlər. Lakin bu, Paşinyan hakimiyyətinə təhdid kimi qiymətləndirilməməlidir. Həmin məmurlar başqaları ilə- yalan danışa bilənlərlə əvəzlənəcəklər. Fikrimcə, müstəntiqlərin də hansısa tələbi yoxdur. Əks halda həmkarlar ittifaqı vasitəsilə çağırış, xəbərdarlıq edərdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol