Ermənistandakı istefa dalğası böyüyəcək
09:37 10.07.2021
Aktual
544
Hər kəs ölkəni gələcəkdə gözləyən xaosdan qaçmaq istəyir
Ermənistanda seçki sonrası ilk ciddi "yarpaq tökümü" başlayıb. Yerli media xəbər verir ki, Paşinyan yaxın silahdaşını siyasətdən uzaqlaşdırıb. Belə ki, baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan siyasətdən özəl sektora gedir. Bundan sonra o heç bir vəzifə tutmaq niyyətində olmadığını diqqətə çatdırıb. Qeyd edək ki, Avinyan üzvü olduğu iqtidarı partiyasının - "Vətəndaş müqavilə"sinin seçki siyahısına daxil edilməmişdi. Onun İrəvan meri vəzifəsinə namizəd olduğu barədə şayiələr yayılmışdı.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə fikirlərini bölüşüb. Politoloq açıqlamasında vurğulayıb ki, hazırda Ermənistanda təkcə hərbi deyil, o cümlədən diplomatik qalmaqal da yaşanır:
"Çünki Ermənistanın bütün sahələrdə kadr ehtiyatı demək olar ki, tükənib. Onlar təkcə sərhədləri qorumaq üçün hərbiçi çatışmazlığı ilə üzləşməyiblər. Eyni zamanda diplomat təyin eləməyə də normal kadrlar tapmırlar. Özəlliklə Paşinyanın digər yaxın adamlarından olan Ara Ayvazyanın xarici işlər naziri vəzifəsindən istefası Tiqran Avinyanın da istefasını şərtləndirirdi".
T.İsmayılov əlavə edib ki, hazırda Paşinyan güvənmədiyi, etibar etmədiyi adamları diplomatik korpusa təyin eləyib səfir və yaxud da konsul göndərmək istəyir:
"Əlbəttə ki, hərbi sferada tam tərəfdarı olmamış, diplomatik korpusda da anti-Paşinyan əhval-ruhiyyəli adamların səfir və konsul təyinatı Paşinyan komandasının içərisində ciddi çatlar yaradır. Tiqran Avinyan başa düşür ki, ölkənin daxili siyasətində hüquq-mühafizə və güc strukturları içərisində vahid komanda nəzarəti mövcud deyil. Eyni zamanda bu xarici siyasətə məhsul olan şəxslərlə bağlı da davamlı xarakter daşıyır. Gələcəkdə Tiqran ölkəni bürüyəcək diplomatik qalmaqal qarşısında yüksək bir vəzifədə, Nazirlər Kabineti səviyyəsində olan qurumlarda təmsil olunmaq istəmir. Ona görə də bu istefa qərarı Paşinyana qarşı atılan addımdan daha çox Tiqran Avinyanın qorxaqlığı və ölkənin gələcəyini gözləyən xaoslardan qaçmaq əlamətidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol