Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb 

Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dünən saat 17:30 radələrində mühənsiz işləri - yol tikintisi zamanı partlayış baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.

Hadisənin başvermə şəraiti araşdırılır.