Estoniya Rusiyaya kartof və alma qadağası qoydu

Estoniya bir sıra bitkiçilik məhsullarının və bitkilərinin, o cümlədən kartof və almanın Rusiyadan idxalına qadağa qoyub.

Axar.az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının bu ölkədəki səfirliyi yayıb.

“Dekabrın 14-dən Estoniyada bitkiçilik məhsullarının və bitkilərin üçüncü ölkələrdən, o cümlədən Rusiyadan idxalına qadağa qüvvəyə minib. Qadağa altına düşən məhsullara kartof, alma, portağal, bitki və güllər aiddir”, - deyə diplomatik nümayəndəliyin Feysbuk səhifəsində yazılıb.

Qeyd olunur ki, bu məhdudiyyət bitki zərərvericilərinin yayılmasının qarşısını almaq üçün bütün Avropa İttifaqı ölkələrində tətbiq olunub.