Etibar Məmmədov: “AMİP bir çox ilklərə imza atıb”
Yusif Nəzərli
11:42 06.07.2022
Aktual
668
“Dövlətçilik, partiyalaşma və iqtisadi ənənələrin əsasını qoyub. Bununla da Azərbaycanın siyasi həyatının ayrılmaz və unudulmaz bir hissəsinə çevrilib”
“Mən bu partiyanın yaradılmasında iştirakıma görə qürur duyuram”
“AMİP-in yaranması Azərbaycan tarixində mühüm hadisədir”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədov deyib.
AMİP-in 30 illik fəaliyyətindən danışan Etibar Məmmədov vurğulayıb ki, Azərbaycanda təşkilatlanmış və ilk qeydiyyatdan keçmiş siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası olub:
“AMİP hakimiyyətə alternativ olaraq yaradılmış və bunu elan etmiş ilk siyasi təşkilatdır. Partiyanın yaranması ilə ölkəmizdə çoxpartiyalı sistemin əsası qoyuldu. O vaxta qədər Azərbaycanda siyasiləşmə, partiyalaşma ənənəsi olmamışdı. Bunun əsasını AMİP qoydu və sonrakı partiyalaşma prosesinə təkan verdi. Partiya bir çox ilklərə imza atıb. Dövlətçilik, partiyalaşma və iqtisadi ənənələrin əsasını qoyub. Bununla da Azərbaycanın siyasi həyatının ayrılmaz və unudulmaz bir hissəsinə çevrilib. Mən bu partiyanın yaradılmasında iştirakıma görə qürur duyuram”.
E.Məmmədov AMİP-in siyasi təşkilat olaraq bir çox hədəflərinə çatdığını bəyan edib:
“Ümummilli hədəflərimizdən biri istiqlalımızın qazanılması, Azərbaycanın müstəqilliyinin əldə olunması idi. AMİP bu prosesdə çox fəal iştirak edib və böyük zəhmətləri olub. Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının müəlliflərindən biri də AMİP idi. Partiyamızın qanunvericilik təşəbbüsü ilə irəli sürülən həmin layihə Milli Məclisdə qəbul olunub. 18 oktyabr Azərbaycan tarixinə Müstəqilliyimizin Bərpası Günü kimi daxil olub. Digər hədəflərimizdən biri milli ordunun yaradılması, ordu quruculuğunda iştirak idi. AMİP üzvləri milli ordunun təşəkkül prosesində də yaxından iştirak ediblər. Biz buna görə də fəxr edirik”.
O qeyd edib ki, çoxpartiyalılıq demokratiyanın əsasıdır:
“Bu istiqamətdə ölkəmizdə dəyişikliklərin olması vacibdir. Partiyalara münasibətdə də dəyişiklərə ehtiyac var. Xüsusən, partiyaların dövlət idarəetməsində iştirakı vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət