Evlərdən oğurluq edənlər saxlanıldı

Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də rayon ərazisindəki evlərin birindən 1000 dollar, 1200 manat dəyərində xəz dəri, su aparatı və televizor oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş C.Kıpçatov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Namazovun ətrafında Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri, pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.