Faiq Ələkbərli: “Ermənistanda tarix kitabındakı faktları təsadüfi hal hesab etmirəm”
Yusif Nəzərli
08:47 06.10.2023
Aktual
729
Qarabağın tam azad olunacağını Paşinyan bilirmiş
Ermənistanda tədris edilən 7-ci sinif tarix kitabında Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, sözügedən dərsliyin təhsil müəssisələrinə bir neçə gün əvvəl paylandığı bildirilib. Bəzi müəllimlər bir müddətdir bu dərsliyin şagirdlərə verilməsini gözlədiklərini, lakin nədənsə, prosesin gecikdiyini deyiblər.
Erməni ictimaiyyəti isə bu gecikmənin səbəbini antiterror əməliyyatları ilə əlaqələndiriblər. Belə ki, iddiaya görə, dərslik qəsdən antiterror əməliyyatları başa çatdıqdan, Qarabağ tam şəkildə Azərbaycanınn əzarətinə keçdikdən sonra paylanıb. Qeyd edilir ki, dərsliklərin bu cür hazırlanmasında məqsəd Qarabağın Azərbaycan ərazisi olduğunu ermənilərə başa salmaqdır.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli isə “Sherg.az”a açıqlamasında deyib ki, dərslərin 1 ay əvvəldən başlamasına rəğmən Ermənistanda tədris edilən 7-ci sinif tarix dərsliyinin gec çap olunması və təhsil müəssisələrinə cəmi bir neçə gün əvvəl paylanması, üstəlik, həmin dərslikdə Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi bu məsələnin Ermənistanın siyasi rəhbərliyi ilə Avropa dövlətləri tərəfindən razılaşdırıldığını göstərir. “Sadəcə, prosesin incə tərəfi odur ki, antiterror tədbirlərində, hətta ondan əvvəl və sonra gedən danışıq proseslərində Rusiya Azərbaycanın yanında yer aldığını, Avropa isə atdığı addımların Ermənistanın mənafeyi naminə olduğunu göstərmək istərdi. Onsuz da 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində çox ciddi addımlar atılır, Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər keçirilirdi. Bütün bu danışıqlar isə boşuna deyildi ki?! Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Qarabağdakı separatizmin Ermənistana aidiyyəti olmadığını da dəfələrlə qeyd edib. Görünən odur ki, qısa müddət ərsində Qarabağda antiterror əməliyyatlarının keçiriləcəyini və Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini və ermənilərin məskunlaşdığı digər Azərbaycan torpaqlarının separatçılardan təmizlənəcəyini Paşinyan da bilirmiş. Yəni 7-ci sinif tarix dərsliyində qeyd olunan faktları təsadüfi hal hesab etmirəm. Çox güman ki, baş tutan danışıqların məntiqi ardıcılığı olaraq Qərb ölkələri tərəfindən antiterror tədbirləri barəsində Paşinyana məlumat verilib və Ermənistanın gələcək inkişafının Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçdiyi bildirilib”.
Türkoloqun fikrincə, Ermənistanın orta məktəb dərsliklərində Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsinin mahiyyətində birmənalı olaraq Ermənistanın regional iqtisadi layihələrdə iştirak cəhdləri dayanır: “Paşinyan hökuməti region dövlətləri ilə ticari əlaqələri bərpa etmək istəyində səmimi olduğunu göstərmək üçün belə bir mövqe sərgiləyib. Artıq Qarabağ məsələsi Ermənistan üçün aktual deyil, onlar çoxdan uzun illər işğal altında saxladıqları bu əraziləri itirdiklərinin fərqinə varıblar. Nikol Paşinyan üçün vacib məsələ Ermənistanın dövlət sərhədlərinin müdafiəsi və regiondakı iqtisadi layihələrdə iştirakının təmin olunmasıdır. Bilirsiniz ki, Ermənistan dövlətinin faktiki ərazisi 30 min kvadrat kilometrdir və bunun da 20 min kvadrat kilometri mübahisəlidir. Azərbaycanın dövlət rəhbərliyi səviyyəsində İrəvan, Göyçə, Zənzəgurun qədim Azərbaycan torpaqları olması ilə bağlı səsləndirdiyi fikirlər Paşinyanı narahat edir. Hazırda gündəmdə olan Zəngəzur koridoru məsələsi isə onun qorxularını daha da artırır. Ona görə də dərs kitablarında Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bir növ Azərbaycana və dünya ictimaiyyətinə mesaj ötürür ki, Ermənistanın Qarabağla bağlı heç bir iddiası yoxdur və indi onun üçün mühüm faktor faktiki dövlət sərhədlərinin Azərbaycan tərəfindən tanınmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya