Fırtına öncəsi səssizlik?
Banuçiçək Kalbalıyeva
12:28 11.07.2021
Aktual
579
Ermənilərin Gədəbəy istiqamətində atəşkəsi pozması Nikol Paşinyanın hakimiyyətini bərpa etdikdən törədilən sayını itirdiyimiz növbəti təxribatdır. Provokasiyalar ard-arda olur: Hadrutda, Qazaxda, Ağdamda, Gədəbəydə...İki variant var: ya Paşinyan yenidən baş nazir seçildikdən sonra yerini möhləmləndirdiyini düşünüb “şıltaqlıq edir”, ya da revanşistlər, o cümlədən “Qarabağ klanı” nümayəndələri Robert Köçəryanla Serj Sarkisyan çevriliş üçün zəmin yaradır, daxili narazılıq formalaşdırırlar. Bütün idarəçiliyin Paşinyanın əlində olmadığını, hərbçilərin narazılığını nəzərə alsaq, ikinci versiya heç də qeyri-mümkün deyil.
Bu əsnada Paşinyanın tələm-tələsik, sanki ocaq üstündə yeməyi qalıbmış kimi Mokvaya səfəri də diqqət çəkir. Yenə ehtimallar üzərindən çıxış edək. Ola bilsin, onu Putin çağırıb və gələcək siyasi fəaliyyəti ilə bağlı müəyyən tapşırıqlar verib, “radar”ları göstərib. Çox güman, sərhəddəki təxribatlar barədə də danışıblar. Putin və Paşinyanın sərhəddəki rus sülhməramlılarının sayını artırmaqdan ötü belə bir senariyə əl atmaları istisna deyil. Yəni ki, guya sülhməramlılarınn sayı çox olsa oxşar insidentlər yaşanmayacaq. Sülhməramlı da sülhməramlı ola da...(Əslində onlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlsələr ermənilər bir güllə də ata bilməzlər).
İkinci bir tərəfdən təxribatlar vasitəsilə Putinin Paşinyana xəbərdarlıq mesajı göndərməsi də mümkündür. Həmin ismarıcın kodlarını təxminən belə oxuya bilərik:
“Yenə nəzarətimdən çıxıb, Qərbə meyil göstərsən, hakimiyyətdə çox qalmayacaqsan”. Əlbəttə, bu, tam mümkündür. Ən azından ona görə ki, Paşinyanın seçkilərdə qalib gəlməsinin rəsmi Moskva üçün arzuolunan olmadığı çoxlarına məlumdur.
Və, nəhayət, istisna deyil ki, Paşinyan daxildəki xaotik vəziyyəti stabilləşdirməkdən ötrü Putindən kömək istəyib. Yəni “quyruğu qapı arasında qalıb”.. Əgər belədirsə, deməli, bu, baş nazirə ucuz başa gəlməyəcək. Rəsmi Moskva vəziyyətdən mümkün qədər öz xeyrinə istifadə etməyə çalışacaq.
Bütün hallarda sərhəddəki təxribatların təsadüfi olduğuna inanmıram. Görünür, düşməni (Bu yerdə insanın yadına “İlanın ağına da lənət, qarasına da” misalı düşür) narahat edən nəsə var. Ermənilər Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə qısqanclıqla yanaşa və kommunikasiya xəttlərinin açılmasına əngəl törədə bilərlər. Bəlkə də, provokasiyalar bu məqsədlidir. Fikrimcə, belə reaksiayalar davamlı olacaq. Ta ki, atəş açılan nöqtələr susdurulana, erməni quldurları başlarının üzərində PUA-ları görənədək.
P.S: Sərlövhə növbəti anti- terror və ya müharibə ehtimalı ilə əlaqədardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm