Fransada daşnaklar bir daha mənfur xislətlərini göstəriblər
18:40 19.07.2020
Aktual
674
Bir daha erməni “dindarlarının” din örtüyü altında terror fəaliyyəti həyata keçirməsinin canlı şahidi olduq. Belə ki, Erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Fransanın prefektura orqanlarından icazə almadan iyulun 19-da yerli vaxtla saat 14:50-də Parisdə səfirliyimizin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edərkən jandarm və polislə üzləşməli olublar.
AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə səfirliyimizi yandırmaqla və ASALA terror təşkilatı ilə hədələyən gənc daşnaklar yerli vaxtla saat 14:15-dən etibarən səfirliyin binası yerləşən küçəyə toplaşmağa başlayıblar.
Daşnakların sayının artdığını, eləcə də toplaşanlarda zorakılıq əlamətləri görən polis əlavə xüsusi qüvvələr çağırıb. Səfirliyimizin binasına yaxınlaşaraq xəsarət yetirməyə çalısan ermənilərin qarşısı alınıb.
Daşnakların səs-küy saldığını görən soydaşlarımız Azərbaycan himnini gur səslə səsləndiriblər. Daşnaklar çaşbaş qalıb. Ancaq mənfur daşnak xislətini heç vaxt unutmur. Onlar səfirliyin binasına daş ataraq pəncərələri sındırıblar. Polis müdaxilə edərək gözyaşardıcı qazla daşnakları geri oturdub. Daşnaklar arasında Fransada erməni mətbuatının və kommunikasiyasının rəhbəri Murad Papazyan da olub.
Eləcə də Fransada erməni apostolik kilsə yeparxiyasının rəhbəri Vahan Hovanessyan səfirlik qarşısındakı ermənilərin qanunsuz yığıncağına qoşulması ilə bir daha erməni “dindarlarının” da daşnak ideologiyasını və mövqeyini dəsdəklədiklərini təsdiqlədi. Dünyada bütün dinlər dincliyə, sülhə, dostluğa çağırdığı halda, erməni dindarları tarixin müxtəlif dövrlərində olduğu kimi yenə də Azərbaycana qarşı dini -siyasi fəaliyyət aparır, dini terrorla bir araya gətirirlər. Erməni kilsəsi köhnə mənfur xislətindən hələ də əl çəkməyib.
Parisdə ermənilərin qanunsuz yığıncağına qoşulmaqla Vahan Hovanessyan bir daha erməni “dindarlarının” din örtüyü altında terror fəaliyyəti həyata keçirdiyini canlı şəkildə sübut edib.
Azərbaycan səfirliyi Fransanın Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarına müraciət edərək, daşnak zorakılığına sivil şəkildə cavab verməyi qərara alıb. Fransanın Xarici İşlər Nazirliyinə məlumat verilib. Ümid edirik, bu gün erməni daşnaklarının zorakı xislətinin şahidi olduqdan sonra Fransanın aidiyyəti qurumları məsələ ilə bağlı reaksiya verəcəklər.
Fransa Xarici İşlər Naizirliyinin müdaxiləsindən sonra polis və jandarmlar erməni daşnaklarını ərazidən uzaqlaşdırıblar.
Dağılışmaq məcburiyyətində qalan daşnaklar küçədə azərbaycanlılarla rastlaşıb və onlara hücum ediblər. Jandarmların cəld reaksiyası sayəsində soydaşlarımz ciddi xəsarət almayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya