Fuad Hüseynzadə: "Xaricdəki soydaşlarımızın təhlükəsizliyi qorunmalıdır"
Fuad Hüseynzadə: "Xaricdəki soydaşlarımızın təhlükəsizliyi qorunmalıdır"
12:30 30.09.2024
Aktual
534
"Bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib"
"Erməni lobbisinin 44 günlük Vətən müharibəsindən sonra müxtəlif ölkələrdəki Azərbaycan diaspor üzvlərinə fərqli yollarla təzyiq etmələrini vaxtilə ictimaləşdirmişdik. Bu, soydaşlarımıza qarşı sosial mediada qarayaxma kampaniyasının aparılması, işlədikləri yerlərə və üzv olduqları partiyalara böhtan xarakterli məktubların yazılması, hətta ölümlə təhdidlərin olması şəklində özünü göstərirdi. Eyni təhlükə bu gün də aktualdır".
Bu barədə "Sherg.az"a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
F.Hüseynzadə bildirib ki, erməni lobbisi boş oturmur:
"Erməni lobbisi bu və digər formada xaricdə soydaşlarımıza qarşı fəaliyyətlərini davam etdirirlər. Yeri gəlmişkən, bu gün Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması hallarına rast gəlinir. Bu işdə də erməni əlinin olması şübhə doğurmur. Çünki Rusiyadakı quberniya administrasiyalarında saysız ermənilər yüksək vəzifələrdə çalışırlar. Onların da indiki vəziyyətdə Azərbaycan-Rusiya isti münasibətlərindən qıcıqlanaraq maksimum səylə imkan düşdükcə bizim diaspor üzvlərinə qarşı ləklə yaxması gözləniləndir. Bu baxımdan erməni lobbisinin fəaliyyəti daim nəzarətdə olmalı və onların planlarına qarşı cavab tədbirləri görülməlidir. Bir daha qeyd edirik ki, xaricdəki soydaşlarımızın da təhlükəsizliyi qorunmalıdır. Artıq bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm