General: "Ermənilərin hər bir provokasiyanın qarşısı alınacaq"
15:30 18.01.2020
Aktual
412
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri general-mayor Elçin İbrahimovun Azərtac-a müsahibəsini təqdim edirik:
- Son vaxtlar Qazax istiqamətində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində gərginlik müşahidə olunur. Bu barədə nə deyə bilərdiniz?
- Yanvar ayının ilk günlərindən Ermənistan tərəfinin təhrikçi hərəkətləri nəticəsində göstərilən istiqamətdə əməliyyat şəraiti kəskinləşib.
Məsələn, yanvarın 7-də erməni silahlı bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində müddətli hərbi xidmətdə olan sərhədçi, sıravi Fərzəli Fərzəliyev snayper atəşi ilə qətlə yetirilib. Bu hadisə əyani şəkildə göstərir ki, erməni tərəfi təmas xəttində vəziyyəti daha da gərginləşdirmək niyyətindədir.
Doğrudur, cavab atəşi ilə düşmənə 5-6 qat artıq ziyan vurulub, lakin təəssüf ki, bu hadisə bizim üçün əvəzolunmaz itkidir.
- Sizin fikrinizcə, düşmənin bu provokasion hərəkətlərinin məqsədi nədən ibarətdir?
- İnanın ki, düşmənin məntiqini anlamaq çox çətindir. O, hər dəfə belə provokasiya cəhdindən sonra ağır itkilər verməsinə baxmayaraq, bu cür cəhdlərini davam etdirir. Keçən il erməni silahlı bölmələri dövlət sərhəd xətti istiqamətində öz döyüş mövqelərini irəlilətmək üçün dəfələrlə cəhd göstəriblər. Biz belə cəhdlərin qarşısını vaxtında almışıq, gördüyümüz qabaqlayıcı tədbirlər nəticəsində düşmən üzərində ciddi taktiki üstünlük və bundan daha əhəmiyyətlisi, strateji üstünlük əldə etmişik. Bizim indiki döyüş mövqelərimiz bu üstünlüyün göstəricisidir.
Cavab tədbirləri nəticəsində xüsusi əhəmiyyətli bir neçə sahədə döyüş mövqelərimiz dövlət sərhədi istiqamətində 2 kilometrə qədər irəliləyib, bu da yaxınlıqdakı yaşayış məntəqələrinin və magistral yolların, həmçinin şəxsi heyətin xidmət şəraitinin təhlükəsizliyini daha da artırmağa imkan verib.
Bu gün biz həmhüdud ərazidə yerləşən həyati əhəmiyyətli bir neçə strateji obyektə, məsələn, Gürcüstandan Ermənistana gedən qaz kəmərinə və qaz kompressor stansiyasına tam nəzarət edirik.
- Təmas xəttində hadisələrin gələcək inkişafı barədə proqnozlarınız necədir?
-Birmənalı olaraq deyə bilərəm ki, biz erməni silahlı bölmələrinin hər bir provokasiyanın qarşısı qətiyyətlə alacağıq. Düşmən bu cür cəhdlərin tamamilə perspektivsiz olmasını başa düşməli və belə halların hər birində onun şəxsi heyətində ciddi itkilərin labüd olması ilə barışmalıdır.
Qeyd etmək istəyirəm ki, göstərilən istiqamətdə gərginliyin artmasına görə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil