Gölməçə quruyur: Quşların çoxu köç etmədən ölə bilər


Hava istiliyinin mövsüm normalarından artıq olduğu Diyarbəkirdə minlərlə quşun yaşadığı Kabaklı Göletində su 10 metr çəkilib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dəclə Universitetinin professoru, Dr. Ahmet Kılıç quşların çoxunun köç etməyə başlamadan ölə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Cənub-Şərqi Anadolu bölgəsində hava istiliyinin mövsüm normalarının üzərində olması quşların gündəlik həyatına mənfi təsir edib. Dəclə Universitetinin şəhərciyində yerləşən və 200-dən çox növdən minlərlə quşun yaşadığı Kabaklı Göletində buxarlanma səbəbindən su itkisinin yaşandığı müşahidə edilib.

Orta temperaturu 40 dərəcə olan şəhərdə leylək, qaragül, göyərçin, qızılca, ağacdələn, qırmızı böcək və uzunayaqlı kimi tanınan müxtəlif növlərlə minlərlə quşa mənbə olan gölməçə 10 metr çəkilib.

Ahmet Kılıç gölməçədəki suyun səviyyəsinin ciddi şəkildə düşdüyünü vurğulayıb.

“Suyun çəkilməsi ilə quşlar daha intensiv bir yerdə yaşamağa başladılar. Burada biz hadisənin ağırlığını və su çatışmazlığının nə qədər problem olduğunu görürük. Təəssüf ki, bu suyun çəkilməsi quşların qidalanma və sığınacaq baxımından nə qədər çətin olduğunun göstəricisi kimi şərh edilə bilər”, - Kılıç bildirib. .

Hovuzda qalan su itərsə, buradakı quşların köçə başlamadan canlarını itirəcəklərini izah edən Kılıç bunlarə deyib:

 “Təbiət bizi xəbərdar edir. Şiddətli quraqlıq var.  Buna görə də buxarlanma da yüksəkdir. İnsanlar necə mübarizə aparırsa, təbiətdəki bir çox növlər də mübarizə aparır. Quşların mübarizə apardığını bilirik. Lakin suda da rast gəlinən buğumayaqlılar, mollyuskalar, balıqlar və digər həşərat növlərində ciddi problem var”. dedi.

Turan