Gürcüstanda SOCAR-ın filialına hücum: Terminalı yardılar, amma...
15:55 16.01.2020
Aktual
631
Gürcüstanın Kobuleti kurort şəhərində SOCAR-ın filialı "SOCAR Georgia Gas" şirkətinə hücum olunub. Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Quldurlar mühafizəçini bağlayıb, ödəniş terminalına basqın ediblər. Lakin oradan pul oğurlaya bilməyiblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin quldurluğa qarşı nəzərdə tutan 179-cu maddəsinə əsasən cinayət işi açılıb. Hazırda cinayətkarlar axtarılır. Soyğunçuları 5 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
“SOCAR Georgia Gas” şirkətinin direktorunun sözlərinə görə, bu, üçüncü oxşar hadisədir, şirkətdə bu kimi halların qarşısını almaq üçün müşahidə kameraları quraşdırılır və hadisə zamanı işçilərdən heç birisi xəsarət almayıb.
SOCAR qonşu Gürcüstanda 2008-ci ildən fəaliyyət göstərir. “SOCAR Georgia Gas” Gürcüstanın qaz paylama və qaz ötürmə sisteminin (GTS) inkişafı ilə məşğuldur. Hazırda Azərbaycan Gürcüstanın qaza olan tələbatını demək olar ki, tamamilə ödəyir. Beləliklə, 2019-cu ildə Azərbaycan il ərzində 2.55 milyard kub qaz, Rusiya isə cəmi 160 milyon kub qaz tədarük edib.
2006-cı ildən bəri Gürcüstan Rusiya qazını almır, ancaq Rusiya qazının Ermənistana tranzit həcminin 10% -ni alıb.
2017-ci ildən bəri Rusiya Gürcüstana bu tranziti pulla və qismən xammal ilə, 2018-ci ildə isə yalnız pulla ödəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya