Gürcüstanın XİN başçısı BMT tədbirində azərbaycanlı qızdan danışdı
18:07 24.02.2020
Aktual
396
Gürcüstanın xarici işlər naziri David Zalkaliani BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 43-cü sessiyasında iştirak edir. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN başçısı sessiya çərçivəsində təşkil olunan “İnsan haqları üzrə yaxşı hekayələr” (“Good Human Rights Stories”) adlı sessiyada çıxış edib. Nazir Gürcüstanda erkən evliliyin qarşısının alınması istiqamətində həyata keçirilən addımlar və qanunvericiliyə edilən dəyişikliklərdən söz açıb.
D.Zalkaliani qeyd edib ki, dövlət erkən nikahla bağlı məsələlərdə QHT sektoru və beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq həyata keçirir.
Sessiya zamanı Gürcüstan tərəfi erkən evliliyin qarşısının alınması istiqamətində uğurlu nümunə olan ölkənin azərbaycanlı vətəndaşı Çinarə Qocayevanın hekayəsini təqdim edib.
D.Zalkaliani Gürcüstan hökumətinin erkən evliliyin geniş yayıldığı bölgələrdə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu da vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqı və BMT tərəfindən 2018-ci ildən insan haqları sahəsində ən yaxşı nümunələrin olduğu dünyanın 15 ölkəsindən biri seçilir.
Qeyd edək ki, 2016-cı ildə Gürcüstanın Tetritskaro rayonunun Kosalar kənd sakini, 14 yaşlı Ç.Qocayevanı valideynləri istəmədiyi şəxslə nişanlayıb. O, rəfiqə və tanışlarının köməyi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Qorunması Departamentinə müraciət edib. Ç.Qocayeva xüsusi sığınacağa yerləşdirilib. Qız sonradan ali məktəbə qəbul olub və valideynləri ilə də barışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya