Hacıqabulda narkotik alverçiləri tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı 7-ci tağımının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini- əvvəllər məhkum olunmuş Elçin Nuriyev,Yevlax rayon sakinləri-əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Razi Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümmi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.