Hamı məmnundur: Vətəndaşlarımız “ASAN xidmət”ə böyük ümidlər bəsləyir
09:51 07.06.2020
Aktual
783
“Prezident İlham Əliyevin iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında səsləndirdiyi fikirlər, verdiyi mesajlar hamıya düşünmək və dəyərləndirmək üçün bir sıra mövzular verdi”.
Bunu “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bu gün “ASAN” mərkəzlərinin fəaliyyətinin alternativi yoxdur:
“Bu mərkəzlərin müasir Azərbaycan cəmiyyətinə təklif etdiyi xidmətlərin əhəmiyyətini dövlət başçısı öz çıxışında çox mükəmməl şəkildə vurğuladı. Prezident qeyd etdi ki, elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. “ASAN xidmət” həqiqətən də mükəmməl sistemdir və qürur hissilə təqdim edəcəyimiz, fəxr edə biləcəyimiz bir Azərbaycan brendidir. Bu xidmət növu Azərbaycanın, azərbaycanlıların intellektual məhsulu kimi dünya ölkələrinə ixrac olunur. Sevindirici haldır ki, hətta BMT kimi mötəbər qurum və bir çox digər beynəlxalq təşkilatlar da “ASAN xidmət” haqqında müsbət rəy bildiriblər. Azərbaycanı əvvəllər ilk növbədə neftinə görə tanıyırdılarsa, indi ölkəmizi dünyada tanıdan dəyərlərdən biri də “ASAN xidmət”dir. “ASAN xidmət”i məhz dəyər hesab edirəm. Mənə elə gəlir ki, hər kəs bu fikrimlə razılaşar. “ASAN xidmət” çox qısa bir zaman kəsiyində populyarlaşdı, ictimai dəyərə çevrildi. Bu gün istənilən sosioloji mərkəz vətəndaşlarımız arasında rəy sorğusu keçirib “ASAN xidmət”ə qarşı xoş münasibətin şahidi ola bilər. “ASAN xidmət”dən narazılıq edən bir azərbaycanlı belə tapmaq mümkün deyil”.
Ə.Hüseynovun sözlərinə görə, “ASAN xidmət” Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb:
“Prezident bu təşəbbüsü ölkəmizin müasir inkişafına dəstək niyyətilə irəli sürüb. Bu gün əminliklə demək olar ki, Prezidentin bu təşəbbüsü özünü tam şəkildə doğruldub və müasir inkişafımızla uzlaşan, onu tamamlayan bir layihə kimi özünü təsdiqləyib. “ASAN xidməti” Prezidentin inqilabi layihəsi kimi də dəyərləndirmək olar. Çünki bu layihə cəmiyyətimizə, dövlət və vətəndaş münasibətlərinə tamamilə yeni bir ab-hava gətirdi. Vətəndaşlarda dövlətə qarşı inam hissi gücləndi, dövlətin təklif etdiyi xidmətlərdən razılıq halları çoxaldı. İndi hər bir vətəndaşda dərin arxayınçılıq hissi var ki, gündəlik həyatda qarşılaşdığı istənilən problemin həlli üçün hər an müraciət edə biləcəyi və heç bir süründürməçiliyə, kobud rəftara məruz qalmadan xidmət göstəriləcəyi peşəkar bir dövlət qurumu var. Bu çox önəmli bir psixoloji faktordur. Əgər bir rəsmi qurum özünə qarşı bu qədər geniş ictimai rəğbət doğura biləcək səviyyədə xidmətlər göstərə bilirsə, bunun dövlətimiz üçün də, cəmiyyətimiz üçün də böyük ictimai əhəmiyyəti var. Elə Prezident İlham Əliyev də məhz bu məqamı nəzərdə tutaraq “ASAN xidmət” layihəsinin çox böyük ictimai mənasının olmasını vurğuladı. Bu gün istər Prezident, istərsə də H. Çünki ölkədə islahatların daha da dərinləşdirilməsi və korrupsiya hallarının tamamilə aradan qaldırılması baxımından “ASAN xidmət” həqiqətən də unikal və çox əlverişli bir modeldir. Biz bu xidmətin səmərəli fəaliyyətində möhüm əməyi olan bütün insanlarımıza, gənc könüllülərimizə dərin təşəkkürümüzü bildirir və onlara uğurlar diləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm