"Harada anti-Azərbaycan siyasəti varsa, Tehran rejimi ordadır" - Politoloq 

İran rəhbərliyinin Ermənistana silah tranzitinə şərait yaratması sülh prosesinə mane olmaqdır
"İranın Ermənistana silah daşımalarını həyata keçirməsi açıq-aşkar düşmənçilikdir".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Ermənistanın silahlandırılmasını həyata keçirən Fransa, Hindistan və İran regionda anti-Azərbaycan koalisiyası qurub: 
"Hindistanın Ermənistana silah satışında birbaşa Fransa rol oynayır. Çünki Ermənistana göndərilən silahlar Fransa şirkətinin lisenziyası ilə istehsal edilir. Hindistandan göndərilən silahlar İran vasitəsilə Ermənistana daşınır. İran rejiminin düşmənçilik siyasətini davam etdirməsi Azərbaycanla münasibətlərdə yeni mərhələyə keçidin üstündən xətt çəkir. Harada anti-Azərbaycan siyasəti varsa, Tehran rejimi ordadır. İran rəhbərliyinin Ermənistana silah tranzitinə şərait yaratması sülh prosesinə mane olmaqdır. Azərbaycan Tehran rejiminə nota verməlidir. Ümumi anlamda Ermənistanın silahlandırılması status-kvonu dəyişmək iqtidarında deyil. Növbəti hərbi toqquşma Ermənistanın ərazi itkisi ilə nəticələnəcək".