Həbs olunan icra başçısının hakim oğlu: “Məni narahat etməyin”
07:42 16.01.2020
Aktual
612
Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlu Ramin Quliyevin səhhətində yaranan problemlə bağlı bülletenə çıxdığı bildirilir.
Bir müddət əvvəl isə Nərimanov Rayon Məhkəməsində hakimin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.
O, Modern.az-a açıqlamasında mətbuatdan onu narahat etməməsini xahiş edib.
“Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm. Buna görə kimsə narahat olmasın və məni də narahat etməyin”, - deyərək dəstəyi asıb.
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrda Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub. Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən çıxarılıb.
Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol