
Hər iki görüşdə İrəvanı çətinlik gözləyir
Yusif Nəzərli
14:36 12.05.2023
Aktual
461
Bakı Kişinyov masasına əlini gücləndirmiş şəkildə əyləşə bilər
Ermənistan sərhəd hücumu ilə Brüssel və Moskva danışıqlarının gündəliyini dəyişmək, Fransanın olacağı masaya qədər prosesi pozmağa çalışır
"Sərhəddə baş verən təxribat əsas diqqəti Rusiyanın üzərinə yönəldir" . Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, görünür, Nikol Paşinyan rusların istəyinin əleyhinə olaraq, Qərb masasından qalxmaq istəmir: "Moskva Paşinyanın da bundan əvvəlki təxribatda işarə verdiyi “beşinci kalon” üzərindən toqquşma yaradır. Hərçənd, iki məqam bu təxribatın Ermənistan hakimiyyətinin plana uyğun törətdiyi versiyasını önə çıxarır.

Birincisi, Nikol bu dəfə “beşinci kalon”u yox, Bakını ittiham etdi. İkincisi, Vaşinqtonda faktiki anlaşmayan tərəflər İrəvanın marağında olmadığı Brüssel və Moskva görüşünə hazırlaşır. Ermənistan bu iki görüşü problem olaraq görür. Bunu Vaşinqtonda razılaşdırılmayan məqamlarda görmək mümkündür. Sərhəd məsələsində İrəvan “29,8 min kvadrat kilometr ərazi”ni saxlamaq istəyir. Qarabağ məsələsində separatizmin qalmasına çalışır".
Ekspertin fikrincə, Paşinyan Fransanın əsas moderatoru olacağı Kişinyov görüşündə bu məsələlər üzərindən qazanclı çıxmağa hazırlaşır:
"Lakin bundan öncə keçiriləcək iki görüş planına uyğun gəlmir. Brüsseldə liderlər görüşəcək və Qarabağın Azərbaycanın daxili məsələsi olduğuna dair əvvəlki razılaşmalar yenidən aktuallaşacaq. Moskvada XİN rəhbərlərinin görüşündə üçtərəfli razılaşmalar müzakirə olunacaq. Xüsusilə sərhədin hansı xəritələr üzərindən delimitasiya olunması ön plana çıxa bilər.
Paşinyan “8 kəndə qarşılıq erməni kəndləri” iddiasını gündəmə gətirsə də, İrəvanın əsas istəyi “güzgü prinsipi”nin tətbiq edilməsi - orduların sərhəddə əvvəlki xətlərə çəkilməsidir. Hər iki görüşdə İrəvanı çətinlik gözləyir. Bakı Kişinyov masasına əlini gücləndirmiş şəkildə əyləşə bilər.
rmənistan sərhəd hücumu ilə Brüssel və Moskva danışıqlarının gündəliyini dəyişmək, Fransanın olacağı masaya qədər prosesi pozmağa çalışır. Mümkündür ki, təxribatlar davam etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol