"Heydər Əliyevin siyasi və praktik dünyagörüşü Azərbaycanı xilas etdi" - Cahangir Məmmədli
Banuçiçək Kalbalıyeva
12:51 14.06.2020
Aktual
782
"Tarix və dünya təcrübəsi sübut edir ki, dövlətçilik siyasəti çox böyük istedad tələb edir. Dövlət quruculuğunda uğurlar qazanmaq üçün bu istedadın üzərinə öz vətəninə, xalqına sevgi hissləri əlavə olunmalıdır".
Bu sözləri 15 iyun Milli Dirçəliş günü ilə bağlı "Sherg.az"a danışan BDU- nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli deyib. Onun fikrincə, Heydər Əliyev millətimizin xilaskarı idi: "Azərbaycanı yer üzündən silmək məqsədi güdən və bunu o zaman xeyli dərəcədə reallaşdıran Mixail Qorbaçov özünün bizə qarşı bədxah əməllərinin tamamlamaq üçün Heydər Əliyevi sıradan çıxarmaq, hətta məhv etmək planı qurmuşdu. Alınmadı. Öz ölkəsini xarici dövlətlərə satan, arvadı Raisanın ermənilərdən qızıl hədiyyələr alan Qarbaçovu bu gün Rusiya telekanalları dəqiq faktlarla "Xalq düşməni" adlandırır. Rusiyanın "FB" fəalları dəfələrlə Qarbaçovun ölüm xəbərini yayıblar. Xəbər doğru olmasa da, xalq onun ölümünü arzu edir. Ona görə də gündə üç dəfə öldürüb, dirildir. Belə bir "rəhbərdən" sonra Rusiyanı bu günkü inkişaf səviyyəsinə çatdırmaq da Vladimir Putinə- Heydər Əliyevin fəaliyyətini həmişə layiqincə qiymətləndirən Rusiya Prezidentinə də ucuz başa gəlmədi. Heydər Əliyev Azərbaycanın ən ağır günündə vətənə qayıtdı. Xalqımızın o dövrünün yaddaşı hələ çox illər yaşayacaq. Heydər Əliyevi xalq bir xilaskar kimi qarşıladı və o da həmin o xilaskarlıq missiyasını yerinə yetirdi".
C. Məmmədli əlamətdar gün münasibətilə bütün soydaşlarımızın təbrik edib və Qarabağa qayıdacağımıza inamını ifadə edib: " Prezident İlham Əliyev bu günlərdə bir modul xəstəxananın açılışında çıxışı zamanı belə bir fikir dedi:
"Əgər o zaman Heydər Əliyev hakimiyyətdə olsa idi, Qarabağ torpaqlarını Ermənistan heç vaxt işğal edə bilməzdi!". Mən kəndi- kəsəyi ermənidə olan bir qarabağlı kimi bu fikri tam həqiqət hesab edirəm. Çünki mənim kəndim yiyəsizlik ucbatından, səriştəsizlik üzündən işğal olundu...
Heydər Əliyevin siyasi və praktik dünyagörüşü Azərbaycanı xilas etdi. Və bu gün ona verilən "Ümummilli lider" epiteti çox yerindədir. Onun yaratdığı dövlətçilik məktəbi Azərbaycanın bu günündə bizə çox gərək imiş. "Qurtuluş günümüz" mübarək olsun! Tanrı torpaqlarımızın qaytarılması gününü xalqımıza nəsib etsin!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm