
Hikmət Babaoğlu: Qərbi azərbaycanlıların torpaqlarına qayıdışı milli vəzifə kimi müəyyənləşdirilib
Yusif Nəzərli
12:57 18.12.2024
Aktual
637
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb. Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. İlham Əliyev qeyd edib ki, bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a söyləyib ki, İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi açıqlamalar zamanı Qərbi azərbaycanlıların hüquqlarından danışması bir daha bu məsələnin Azərbaycan xalqı üçün nə qədər aktual olmasından xəbər verir:

“Hazırki mərhələdə Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı milli vəzifə kimi müəyyənləşdirilib. 2022-ci dekabrın 24-də İlham Əliyev bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüş keçirdən zaman həmin məsələnin konseptual əsasını milli prioritet kimi müəyyənləşdirmişdi. Bundan sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin qayıdış beynəlxalq hüquqa uyğun olaraq sülh prinsipləri əsasında formalaşıb. Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətləri olub. Amma Ermənistan tərəfindən hansısa cavab alınmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən müsahibəsində məhz həmin məsələyə toxunaraq beynəlxalq hüququn təməl prinsipləri olan hər bir insanın doğulduğu yerdə yaşamaq hüququn tanınmasına Ermənistanın cavab verməməsini vurğulayıb”.
Millət vəkili bildirib ki, Ermənistan Azərbaycanla bağlı imzalanmalı olan sülh sənədinin mətniylə bağlı rəsmi Bakının haqlı tələbini iqnor etdiyi kimi Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq məsələsinə də etinasız yanaşır:
“Ermənistanın bu addımı isə yolverilməzdir. Nəticə etibarilə biz bu gün yeni reallıqdan, iki ölkə arasında mümkün sülhdən danışırıqsa, sülhün tərkib hissəsindən biri də Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnun təmin olunması olmalıdır. Həmin zaman sülh daha etibarlı, uzunömürlü olar və Azərbaycan-Ermənistan arasında iqtisadi, siyasi, mədəni, hümanitar inteqrasiya üçün fundamental zəmin yarada bilər. Hesab edirəm ki, İlham Əliyev diqqəti bu məsələyə çəkərək Qərbi Azərbaycan İcmasına Ermənistan tərəfindən cavab verilməməsini məqbul variant kimi görmədiyini göstərməyə çalışır. 300 000-dən çox Qərbi azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb və onların hüquqları bərpa edilməlidir. Ermənistan bu problemi görməli və Qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün əməli addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya