Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ad günündə onun yanında çox az sayda insanın olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, Peskov bu barədə "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.

"Çox az adam, həqiqətən də, çox az", - deyə o vurğulayıb.

Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto

Peskovun sözlərinə görə, dövlət başçısı ad gününü iş başında keçirib və həmin gün təxminən 10 beynəlxalq telefon danışığı aparıb. Putinin doğmaları, yaxınları və dostları onu yalnız axşam saatlarında şəxsən təbrik edə biliblər.

Xatırladaq ki, Rusiya prezidenti oktyabrın 7-də doğum gününü qeyd edib və 74 yaşı tamam olub.