Hindistan MiQ-lərdən imtina etdi

Hindistan Hərbi Hava Qüvvələri MiQ-27 təyyarələrindən imtina edib.

Axar.az xəbər verir ki, təyyarələrdən ölkə aviasiyasının modernləşdirilməsi proqramı çərçivəsində imtina edildiyi vurğulanıb.

Təyyarələrin istismardan çıxarılmasıyla bağlı vida tədbiri Çodpur aviabazasında keçirilib. Burada MiQ-27-lərlə sonuncu dəfə uçuş həyata keçirilib.

Qeyd edək ki, MiQ-27 1981-ci ildən Hindistan ordusundadır.