Hüquq müdafiəçisi: İranda etirazlarda güllələnərək öldürülənlər var

"Son etirazlar zamanı İranda 1700-ə yaxın şəxs həbs olunub".

APA xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda onların siyahısında həbs edilən 500 nəfərin adı var:

"Həmçinin, güllələnərək öldürülənlər də var. İl ərzində ümumilikdə etirazlara görə, 2-3 min şəxs saxlanılır. Biz onlar barəsində beynəlxalq təşkilatlara mütəmadi məlumat veririk".