Hüseyni: "İrandakı etirazçıları onlar yetişdirib"

İrandakı etirazlar zamanı saxlanılanların əksəriyyəti işsiz və ya aşağı gəlirli insanlardır.

Axar.az xəbər verir ki, bunu İSNA-ya açıqlamasında İran parlamentinin Xarici Siyasət Komissiyasının üzvü Nakavi Hüseyni deyib.

O, İranın terror təşkilat kimi tanıdığı Xalq Mücahidləri Təşkilatının etirazçılara 2 ildən bəri təlimlər keçdiyini iddia edib.

Qeyd edək ki, İranda benzinin kəskin bahalaşmasından sonra etirazlar başlayıb. Bu etirazlarda 106 (bəzi mənbələrə görə 200) nəfərin öldüyü, 1000-dən çox şəxsin həbs edildiyi bildirilir.

İran rəsmiləri etirazların ölkə xaricindən körükləndiyi haqda məlumat da yayıblar.