Husilər Səudiyyə bazasını vurdu: Ölənlər var

“Ənsər Allah” (Husilər) hərəkatının yəmənli qiyamçıları Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyalətində yerləşən hərbi düşərgəsinə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Məsirə” televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, zərbələr nəticəsində hədəf məhv edilib, onlarla səudiyyəli hərbi qulluqçu öldürülüb.