İcma Ermənistan XİN-in qərəzli bəyanatını şərh edib
Yusif Nəzərli
08:01 17.03.2023
Aktual
421
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan məsələsinə dair qərəzli bəyanatına dair şərh verib.
“Report”un xəbərinə görə, İcma bildirib ki, Ermənistan XİN Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının sammitində Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanıldıcı məzmunda təqdim etməyə cəhd edərək, bizim sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququmuza xələl gətirməyə cəhd edib:
“Öncə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə görə və bu məsələni mötəbər beynəlxalq formatların tribunasından ifadə etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirik.
Ermənistan hökumətinin etiraz etdiyi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95%-dən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayətin təsbit edilməsi baxımından bütün insanlığın borcudur.
İcmanın Qayıdış Konsepsiyasında həmin ərazidə yaranmış Ermənistan Respublikası hüquqi-siyasi reallıq kimi qəbul edilir, barışığa və reinteqrasiyaya əsaslanan yanaşma əsas götürülür.
Ermənistanın baş naziri Nikol Paşinyana göndərdiyimiz məktubumuzda da qeyd etdiyimiz kimi, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.
Belə olan təqdirdə, Ermənistan tərəfi “Artsax hökuməti”, “Artsax xalqı”, “Artsax ordusu” kimi ifadələr işlətməsinin izahatını verməlidir.
Nəhayət, biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan, qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmalarına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial