İctimai TV-də yeni təyinat olub
Yusif Nəzərli
09:37 06.10.2023
Aktual
431
İctimai TV-də ştat cədvəlinə dəyişikliklər edilib, Hüquq departamentinə yeni direktor təyin edilib.
"Report" xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə 2023-cü il ştat cədvəlinə dəyişikliklər edilməsi və Hüquq departamentinə direktor təyin olunması barədə məsələlərə baxılması nəzərdə tutulub.
Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişikliklər edilməsi zərurətindən danışıb və bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Daha sonra Baş direktor təklif edib ki, Şirkətin Hüquq departamentinin Baş hüquqşünası Aytac İsmayılovanın həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra A.İsmayılovanın namizədliyi irəli sürülən vəzifədə görüləcək işlərdən bəhs edilib. Müzakirələr nəticəsində onun Hüquq departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.
İclasda cari məsələlər müzakirə edilib, Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya