İDDİA: “Bir neçə ay ərzində Laçın dəhlizi bağlanacaq”
İDDİA: “Bir neçə ay ərzində Laçın dəhlizi bağlanacaq”
Yusif Nəzərli
13:37 03.06.2022
Aktual
789
İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atıb. Ermənilər dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Nazirlikdən qeyd edilib ki, Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.
Ermənistan tərəfinin sülh sazişinin imzalanmaması üçün əllərindən gələni etdiyini söyləyən ehtiyatda olan polkovnik Elxan Qəniyev "Sherg.az"a açıqlamasında bildirib ki, bu hadisədə iki böyük amil var:
“Birincisi, Azərbaycan ordusunu atəş açmağa təşviq edib, bunu dünya mediasında “bayraq edərək” sülh sazişinin imzalanmasının qarşısını almaq. Digəri isə Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək. Onlar sanki batan adamı xatırladırlar. Bir neçə ay ərzində Laçın dəhlizi bağlanacaq və digər yol istifadəyə veriləcək. Qarabağın onların əlindən çıxacağından qorxan Ermənistan tərəfi sadəcə siyasi gərginlik yaratmaqla məşğuldur. Lakin dövlətimiz onların oyununa gəlməyəcək. Bizim 44 günlük müharibə zamanı özünü sübut etmiş ordumuz var və hər zaman onların cavabını verməyə hazırıq”.
Nihat Müzəffər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi