İlahiyyatçı-alim: "Yoluxma sayının artması məscidlərdə baş verərsə, nəticə çox pis ola bilər"
11:17 16.08.2020
Aktual
860
“Məhərrəmlik ayında məscidlərə çox sayda insan axışır və il ərzində kütləvi məclislər məhz bu ayda keçirilir. Təbii ki, qapalı mühitdə böyük bir izdihamın sosial məsafəyə riayət etməsi qeyri-mümkündür. İndiki şəraitdə yoluxma sayının artması məscidlərdə baş verərsə, nəticə çox pis ola bilər. Heç bir icma və din xadimi bu məsuliyyəti üzərinə götürə bilməz”.
Bu sözləri ilahiyyatçı-alim Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında deyib. Onun fikrincə, əgər rəsmi orqanlar icazə verərsə, Aşura günü cəmi 10 nəfərlik qruplar şəklində insanlar məscidlərə buraxıla və həmin günün dini mərasimlərini həyata keçirə bilərlər:
“Amma bir çox dövlətlərin təcrübəsi onu göstərir ki, karantin qaydaları tədricən yüngülləşdirilsə də, kütləvi tədbirlər axıra saxlanılır. Çünki bu məsələdə ən önənli meyar olaraq iqtisadi məsələlər götürülür. Hətta İranda belə ticarət mərkəzləri məscid və ziyarətgahlardan daha tez açılır. Məsələnin dini və şəriət tərəfinə gəlincə, müxtəlif ölkələrdə yaşayan fəqihlər də bu məsələyə həssas yanaşırlar. Hətta Kərbəlada, imam Hüseynin hərəmində 10 günlük əzadarlıq mərasimləri və Aşura təziyədarlığının keçirlməməsi haqda qərar qəbul edilib”.
Bu ilki Məhərrəmlikdə hansı addımların atılmasına gəlincə Hacı Atif bildirib ki, Ramazan ayında olduğu kimi, bu ayda da canlı şəkildə xütbələrlə çıxış etmək və ayinləri icra etmək mümkündür. Onun sözlərinə görə, bu vasitə ilə inanclı insanların mənəvi ehtiyaclarını qismən də olsa ödəmək olar:
“Pandemiya ilə bağlı əzadarlıq mərasimlərinin keçirilməsi və ora kütləvi insanların toplanması belə dönəmdə çətin məsələdir. Dini baxımdan yanaşsaq yoluxma ehtimalı varsa, iştirak etmək caiz deyil. İnsanlar dini ayinlərinin icrasını evlərində edə bilərlər. Kim istəsə öz evlərində yeməklər bişirib ətrafındakı kasıblara ehsan kimi paylaya bilər. Amma bu dini baxımdan Aşura günü üçün önəmli məsələlərdən deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya