“ilk pasiyent” yayıb: İtaliyada koronavirusun sürətlə yayılmasının səbəbləri aydın oldu
12:48 12.03.2020
Aktual
755
İtaliyada koronavirusun yayılması digər Avropa ölkələri ilə müqayisədə daha kəskin səviyyədədir və mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bunun səbəbləri müəyyənləşdirilib.
AZƏRTAC “spiegel.de” saytına istinadla xəbər verir ki, İtaliyada koronavirus səbəbindən insan tələfatının digər Avropa ölkələrindən daha artıq olması bu ölkədə orta yaş həddinin digərlərindən daha yüksək olmasıdır. Belə ki, ümumilikdə Avropada orta yaş həddi 43,1 olduğu halda bu göstərici İtaliyada 46,3-dür. İkinci səbəb xəstəxanaların lazımi resurslara sahib olmaması göstərilir.
Digər səbəb isə İtaliya mediası tərəfindən “ilk pasiyent” ləqəbi verilmiş 38 yaşlı italiyalı kişidir. Belə ki, o fevral ayının ortasından etibarən bir neçə dəfə yerli həkimlərə və xəstəxanalara müraciət etsə də müraciət etdiyi xəstəxanalarda onda koronavirusla əlaqədar müayinə aparılmayıb. Sadəcə onun Çində olub olmamasını soruşublar. O isə Çində olmadığını bildirdikdə həkimlər onun adı çəkilən virusla əlaqədar müayinə və testlərə cəlb olunmasına ehtiyac olmadığnı bildiriblər. Həkim səhlənkarlığı ucbatından faktiki olaraq virusa yoluxmuş şəxs bir çox insanla ünsiyyətdə olaraq bu virusun şiddətli yayılmasına səbəb olub.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə İtaliyada virus ən yüksək templə yayılır və son 24 saatda virusa yoluxma ilə əlaqədar 980 yeni fakt qeydə alınıb. DST-nin məlumatına əsasən İtaliyada virusa yoluxmuş insanların həyatını itirməsinin nisbi sayı hətta Çindən də çoxdur. Əgər Çində infeksiyaya yoluxmuş şəxslərin dörd faizə qədəri dünyasını dəyişirsə bu göstərici İtaliyada altı faizdən yuxarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm