İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir
Yusif Nəzərli
08:47 02.02.2023
Aktual
288
Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin APA-nın məlumatına görə, İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.
Qeyd edək ki, yanvarın 18 və 28-də İranın, əsasən, azərbaycanlıların yaşadıqları Xoy əyalətində zəlzələ baş verib.
Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, üç nəfər ölüb. Təbii fəlakətdən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibbi heyət və dərman çatışmazlığı var. Bu səbəbdən də xəstə qəbulundan imtina olunur.
İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.
Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərər çəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir.
“Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda, islam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir”, - deyə deputat qeyd edib.
Hikmət Babaoğlu bildirib ki, İranın Xoyda baş verən zəlzələdən zərər çəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə, məhrum etməsinin göstəricisidir:
“İranın bu cür antihumanist, antihüquqi və antiislami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə, vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar. İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
03:33 24.04.2026
Futbol
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə