
İranın Güney Azərbaycanlılara qarşı diskriminasiya siyasəti güclənir -ŞƏRH
Yusif Nəzərli
11:59 29.03.2025
Aktual
434
"İrandakı molla rejiminin Güney azərbaycanlılara qarşı etnik diskriminasiya siyasəti ildən-ilə artır".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Analitik bildirib ki, ana dilində təhsilin olmaması, assimilyasiya, siyasi repressiya, sosial iqtisadi vəziyyətin pis olması, Güney Azərbaycanda sənayenin inkişafında maneələrin yaradılması bunu sübut edir:

"Əslində yuxarıda qeyd etdiyim problemlər bu və ya başqa formada Güney üçün təhlükəli tendensiyadır. Lakin bütün bunlarla yetinməyən rejim SSRİ-nin məşhur planına da əl atır. Söhbət qonşu xalqları ərazi əsaslı qarşı-qarşıya qoyub etnik ədavət yaratmaqdan gedir. Məlum olduğu kimi, SSRİ 70 il ərzində 15 respublikanın siyasi sərhədlərini məqsədyönlü şəkildə qeyri-adekvat tərtib etdi. Cənubi Qafqaz, Mərkəzi Asiya regionlarında dünyanın heç bir regionunda olmayan anklav və eksklavlar yaradıldı. Bu da azmış kimi, Qarabağın dağlıq hissəsinə erməniləri kütləvi şəkildə yerləşdirilərək gələcək perspektivdə münaqişələrin yaranması üçün baza formalaşdırdı. Hətta SSRİ-nin məşhur “Qızıl Kürdüstan” layihəsi də olacaqdı, amma xoşbəxtlikdən bu plan baş tutmadı. İran bu gün eyni siyasəti Güney Azərbaycanda, başqa cür desək, Qərbi Azərbaycan əyalətində edir. Rejim 10 ildən artıqdır ki, Qərbi Azərbaycan əyalətini kürdləşdirməyə çalışır. Düzdür, regionda kürdlər yaşayıb, lakin sayları indiki kimi olmayıb. Yəni Güney Azərbaycan türklərinin sayı hər zaman kürdlərdən çox olub. Molla rejimi əyalətinin İraqla sərhəd olmasından da istifadə edərək bölgəni kürdləşdirməyə çalışır. Vəziyyət o həddə çatıb ki, martın 18-də kürdlər şənlik tədbirlərini siyasi mitinqə çevirərək, Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya torpaq iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar".
Ekspert vurğulayıb ki, gözlənildiyi kimi, Güney Azərbaycan türkləri də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçirilib:
"Urmiyanın mərkəzi küçələrinə axışan on minlərlə azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər. “Azərbaycan oyaqdı, kürdlər bizə qonaqdı”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Urmiya türkündü, türkün olacaq”, Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb”, “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz” və başqa bu kimi şüarlar səsləndirilib. Əslində Güney azərbaycanlılar son illərdə tez-tez rejimə qarşı aksiyalar keçirir, səslərini sivil formada çatdırmaq istəyir. Lakin hazırda vəziyyət göründüyü kimi bəsit deyil. İran açıq-aşkar SSRİ-nin ermənilər və azərbaycanlılara etdiyi kimi kürdlər ilə Güney Azərbaycan türkləri arasında ərazi əsaslı etnik qarşıdurma yaratmaq istəyir. Baş verən hadisələrdən bu qənaətə gəlmək olar ki, plan uğurla icra edilir".
T.Rzayev qeyd edib ki, əslində ən az Güney azərbaycanlılar kimi kürdlər də İranı narahat edən etnik qrupdur:
"Hər iki etnik qrupun yaxın tarixdə dövlət qurmaq cəhdi olub. Çox bilinməsə də İranda ötən əsrdə qısa müddətdə olan kürdlər dövlət qura bilib. Onu da deyim ki, kürdlər ilə Güney azərbaycanlılar bir çox məsələdə ortaq hərəkət edib. Rejim gələcəkdə belə bir şeyin olmaması üçün bu planı aktivləşdirir – hər iki xalqı üz-üzə qoymağa çalışır. Nəticə etibarilə Urmiya və ətraf ərazilərdə baş verən aksiyalar hələlik müvəqqəti olsa da yaxın gələcəkdə kürdlər ilə Güney Azərbaycan türkləri arasında etnik qarşıdurmaların olma ehtimalından xəbər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm