
İrəvanın başqa çıxış yolu yoxdur: Ermənistanın Azərbaycanla sülh müqaviləsinə ehtiyacı var
13:32 14.03.2025
Aktual
444
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan müzakirələr fonunda Ermənistanın siyasəti bir sıra suallar doğurur. Rəsmi İrəvan özünü sülh tərəfdarı kimi təqdim etsə də, həm diplomatik müstəvidə Azərbaycana qarşı addımlarını davam etdirir, həm də silahlanma siyasəti yürüdür. Ermənistan rəsmilərinin xarici səfərləri, Avropa Parlamentində və bir sıra Qərb ölkələrinin qanunverici orqanlarında qəbul olunan sənədlər bu prosesin tərkib hissəsidir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü tələblər isə açıq və ədalətlidir.
Ermənistanın sərhəd bölgələrində demilitarizasiya zonası yaratması, Konstitusiyasına dəyişiklik etməsi, Zəngəzur dəhlizinin açılması və Ermənistan cəmiyyətinin sülhə hazırlanması bu prosesin əsas şərtlərindəndir. Azərbaycanın mövqeyi bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına yönəlib və beynəlxalq ictimaiyyət bu reallığı nəzərə almalıdır.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətni də problematik idi, lakin Ermənistan həmin şərtləri qəbul etdi:

“Ermənistan ağıllandığına görə bunları etmədi, reallığı görüb məcburi davranış olaraq yerinə yetirdi. Çünki Ermənistanın başqa yolu yoxdur. Onlar başa düşdülər ki, nə Qərbdə, nə də Şərqdə Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyinə təminat verərlər. Yenidən Rusiyanın orbitinə qayıtmaq belə Ermənistanın təhlükəsizliyinə şərait yaratmır. Çünki bu etimad çoxdan Kreml tərəfindən itirilib. Ermənistanın Qərbə inteqrasiya xəttinə üstünlük verməsi də Türkiyəylə sərhədlərin açılmadığı təqdirdə mümkünsüzdür. Sərhədlərin açılması üçün Azərbaycanla sülh müqaviləsinə ehtiyac var. Paralel olaraq kommunikasiyaların açılması və sərhədin müəyyənləşməsi kimi məsələlər də qalmaqdadır. Düşünürəm ki, Zəngəzur dəhlizi məsələsinin həlli də çox yaxındır. Sadəcə Nikol Paşinyan dəhliz ifadəsini Ermənistanda onun əleyhinə istifadə etməsinlər deyə fərqli şəkildə ifadə edir. Bunu təqdim edərkən isə kommunikasiyanın açılacağı təqdirdə Azərbaycan tərəfinin yenə də dəhliz adlandıracağını bildirir. Əslində vətəndaşların və yüklərin maneəsin keçidi onsuz da dəhliz deməkdir. Amma dəhlizlə bağlı bir sıra təhlükəsizlik məsələləri mövcuddur. Əgər Azərbaycanın Qərbiylə Naxçıvan arasında dəmir yolu Mehri vasitəsiylə qurularsa, bu Ermənistanın bütün məhsullarını rahatlıqla Rusiya və Avrasiya bazarlarına daşımağa imkan yaradacaq. Yəni Gürcüstanın buzlaşmış Lars yolundan Ermənistanın birdəfəlik canı qurtaracaq. Naxçıvan ərazisindən Culfadan İrana dəmir yolu qazanmaq Ermənistana əlavə üstünlük gətirəcək. Həmçinin bununla Ermənistan Gümrüdən Türkiyəyə də dəmir yolu çıxışı əldə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya