İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
10:09 01.08.2020
Aktual
569
Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, "İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə irimiqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək. O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. "Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq", - deyə həmvətənimiz vurğulayıb.
A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya