İsrail qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanatında bildirib.
Hökumət müvafiq qətnaməni yekdilliklə dəstəkləyib.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a söyləyib ki, İsrail hökumətinin “erməni soyqırımını” tanıyaraq parlamentin təsdiqinə göndərməsinin Türkiyəyə zərəri olmayacaq:

"Bir sıra dövlətin parlamenti “oxşar qərarlar” veriblər, bu nəyi dəyişib ki? İsrail hökuməti Türkiyə ilə münasibətlərin gərginliyi fonunda ədalətsiz qərar qəbul edib. İsrail bu qərarıyla ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın baş naziri Nikol Paşinyana ayı xidməti göstərib. Ermənistanın baş naziri “erməni soyqırımı” mövzusunu erməni cəmiyyətinə unutdurmağa çalışarkən, İsrail Paşinyanı devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirib. İsrail hökuməti bu qərarıyla tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb. Türkiyənin strateji müttəfiqi kimi Azərbaycan Tel-Əvivin “erməni soyqırımı” qərarını pisləmək məcburiyyətindədir. Əlbəttə, bu “tanınmanın” heç bir təsir gücü yoxdur və bir müddət sonra digərləri kimi unudulacaq, sadəcə indiki şəraitdə bu “qərar” bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq".