İstanbulda erməni vəhşiliklərdən bəhs edən kitablar ictimaiyyətə təqdim olunub
14:53 13.11.2022
Aktual
403
İstanbulda ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımlarından bəhs edən kitabların təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Anka Türk Birliyinin sədri, tədqiqatçı yazıçı Derya Akdemir Şərqi Anadolu bölgəsində ermənilərin törətdikləri soyqırımlarından bəhs edən “Qaçhaqaç hekayələri” adlı kitabını İstanbul Halkalıda oxucuları üçün imzalayıb.
Halkalı Zeynəbiyyə meydanında keçirilən imza mərasimində çıxış edənlər Derya Akdemirin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Onlar yazıçının qələmə aldığı əsərlərdə tarixin gizli məqamlarına diqqət çəkdiyini, xalqın milli kimliyindən süzülmüş məlumatlarla bəzədildiyini bildiriblər.
Çıxışlarda Türkiyə-Azərbaycan birliyinə toxunulub, ölkələrimizin dünyanın dəyişən nizamında birgə hərəkət etməsindən məmnunluq ifadə olunub. Bu birliyin bölgəmizin əmin-amanlığı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilib.
Kitabla bağlı fikirlərini ifadə edən azərbaycanlı yazıçı Oktay Hacımusalı Derya Akdemirin Şərqi Anadolu bölgəsində erməni vəhşilikləri ilə bağlı hekayələrini oxuduğunu və yazıların bədii cəhətdən olduqca ustalıqla qələmə alındığını bildirib. Vurğulayıb ki, tarix türk millətinin yazdıqları və etdikləri ilə zəngindir. Ermənilər tərəfindən törədilən bu vəhşilikləri dünyaya haqq-ədalət gətirən bir millətə qarşı işləmək yolverilməzdir.
Çıxışında uşaqlıqdan erməni vəhşiliyi haqqında söylənilənləri kədərlə dinlədiyini və sonunda yazmağa qərar verdiyini deyən Derya Akdemir bunun davamı olaraq İrəvan hekayələrinin də artıq çap olunduğunu və yaxın günlərdə imza mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol