İstanbulda İƏT informasiya nazirlərinin XII konfransı keçirilir

İstanbulda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) informasiya nazirlərinin XII konfransı keçirilir.
57 ölkədən nazir və yüksək vəzifəli şəxslərin qatıldığı konfrans “Post-həqiqət dövründə dezinformasiya və islamofobiya ilə mübarizə” əsas şüarı altında baş tutub.

 Açılış mərasimində çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun 
 mediya sahəsindəki işbirliyinin önəmini vurğalayaraq bunun üçün birgə çalışmanın əhəmiyyətini qeyd etdi.
O əlavə edib ki, fərdi insanlar, toplumlar və ölkələr dezinformasiyaya hər keçən gün daha çox məruz qalır. Artan texnoligiya imkanları gerçəkləri izləməklə yanaşı dezinformasiyaya da geniş imkankar yaradır.  Biz çözüm məqsədilə konfransımızı bu il “Post-həqiqət dövründə dezinformasiya və islamofobiya ilə mübarizə” mövzusuna  həsr etdik:
"Həqiqətə sahib çıxmalıyıq, həqiqəti müdafiə etmək uca dinimizin əsas düsturlarından biridir. Biz islamafobiya dedikdə islam düşmənçiliyi və anti-müsəlman münasibət nəzərdə tuturuq. Bu fərdi həyatımızdan beynəlxalq münasibətlərə qədər çox önəmlidir və biz buna qarşı birgə mübarizə aparmaq məcburiyyətindəyik".

Yaqut Misirxanlı,
İstanbuldan xüsusilə "Şərq" qəzeti üçün