İstanbulda “Şuşa ili”nə həsr edilmiş konsert keçirilib
21:31 05.06.2022
Aktual
634
Türkiyənin İstanbul şəhərində “Anadoludan Azərbaycana bir nəfəs - 2022 Şuşa ili” adlı təntənəli konsert proqramı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, konsert TRT-nin İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, şəhərin Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qonaqları salamlayan Hazarfem dərnəyinin sədri Nuran Acar konsert proqramının tarixi Qarabağ zəfəri və “Şuşa ili”nə həsr olunduğunu bildirib:
“Biz illərdir Qarabağ, Şuşa deyir, oranı nağıl kimi təsəvvür edirdik. Bu yaxınlarda Şuşaya səfər etdim. Şəhərin həqiqətən də nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsə minnətdarıq. Eləcə də, hər zaman olduğu kimi, müharibə dövründə də qardaş Azərbaycanın yanında yer alan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla hər bir Türkiyə vətəndşına təşəkkürümüzü bildiririk”.
Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu savaş nəticəsində əldə olunan şanlı zəfəri özündə əks etdirən videoçarx nümayiş olunub.
Sonra TRT-nin İstanbul Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri dinlənilib. Hazarfem dərnəyi Türk Dünyası Ritm (Nağaraçılar) və Hazarfem dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub.
Konsert proqramı, izləyicilər tərəfindən çoşqu ilə qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi